Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin üsyançı husilərin nəzarəti altında olan paytaxt əyaləti Sənada hərbi əməliyyat keçirib.

Bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Malikiyə istinadən Səudiyyənin SPA agentliyi məlumat yayıb.

“Koalisiyanın birləşmiş qüvvələr komandanlığı bu gün səhər (şənbə günü – red.) Səna əyalətində beş hava hücumundan müdafiə sistemi və ballistik raket anbarlarını məhv etmək üçün hərbi əməliyyat həyata keçirib”, – deyə əl-Maliki bildirib.

İstinadlar Report