Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində R.T.Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olacaq. Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.