Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib.

Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”, – Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.

“Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən”, – Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.

İstinadlar Report