Türkiyə və Doha arasında müdafiə, beynəlxalq əlaqələr, siyasi məsləhətləşmələr, iqtisadiyyat və investisiya sahələrində də daxil olmaqla 11 müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə Qətərdə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti məlumat yayıb.

İki ölkənin müdafiə nazirlikləri arasında çərçivə sazişi, Xarici İşlər Nazirliyi xətti ilə sazişlərə əlavə olaraq, müxtəlif idarələr arasında təhsil, elm və texnologiya sahələrində əməkdaşlığa, habelə beynəlxalq humanitar yardım proqramları sahəsində əməkdaşlığa dair bir sıra memorandumlar imzalanıb. Maliyyə nazirlikləri ilə ticarət və sənaye palataları arasında da müqavilələr bağlanıb.

İstinadlar Report