
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
O, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, – o bildirib.
Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.