Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Ankaraya səfərə dəvət edib.

O, bu barədə Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı bildirib ki, səfər çərçivəsində imzalanan Afina Bəyannaməsi ikitərəfli əlaqələrin inkişafı üçün hər iki ölkənin iradəsinin təzahürüdür: “İki ölkə üçüncü tərəflərn müdaxiləsinə ehtiyac olmadan problemlərini dialoqla həll edə biləcək təcrübə və iradəyə sahibdir. Ən yüksək səviyyədə dialoqun davam etməsi önəmlidir”.

İstinadlar Report