Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Necip Mikati ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, Türkiyə savaşın genişlənməsinin qarşısını almaq üçün cəhdlərini davam etdirir.
R.T.Ərdoğan həmçinin sentyabrın 17-də Beyrutda baş verən partlayışa görə Liviya Baş nazirinə başsağlığı verib.