Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, dövlət başçıları iyunun 23-də Rusiyanın Dağıstan Respublikasında törədilən terror aktlarını müzakirə ediblər.
Bildirilib ki, Prezident Ərdoğan görüş zamanı Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadığı ifadə edərək, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.