Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahunu Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

İstinadlar Report