Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.
Söhbət zamanı Ərdoğan Türkiyənin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib.
Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib.