
“Türkiyənin 2022-ci ildə iqtisadi artımı rekord səviyyədə olacaq”.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəliklərinin rəhbərləri ilə Ankarada keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, 2023-cü ilə uğurla daxil olacaq Türkiyə Cümhuriyyət müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir.
Türkiyə Prezidenti diqqəti ölkənin son 20 ildə əldə etdiyi uğurlara yönəldib: “AKP-nin iqtidarda olduğu dövrdə ölkəmiz bir əsrlik inkişaf yolu keçib. Bu inkişaf kursu davam etdiriləcək”.