“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.
Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.