Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda keçirilən mitinqində çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə davam edən müharibədə bir çoxundan fərqli olaraq, alova benzin tökməyib: “Əksinə, biz vasitəçilik üçün çalışdıq. Hərçənd ki, bizi də yanlış yola çəkmək istəyənlər var idi”.

R.T.Ərdoğan söyləyib ki, Ankara bu müharibədə Qərbin yox, ədalətin mövqeyindən çıxış edib: “Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik”.

İstinadlar Report