“Türkiyədə terrorçuları biz məhv etmişik və terrorla mübarizəni bundan sonra da əzmlə aparacağıq. Türkiyədə terroru biz bitirə bilərik, Kamal Kılıçdaroğlu yox”.
Bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 26-da İstanbulun Esenlərdə təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib.
O söyləyib ki, mayın 28-də keçiriləcək prezident seçkilərində rəqibi K.Kılıçdaroğlu ilə arasında fərq açıq-aydın görünür: “İstanbulun bələdiyyəsinin fəaliyyətindən heç kim razı deyil. Yağış yağan kimi şəhərdə həyat iflic olur. Soruşsan bələdiyyə sədri hanı? Ya İsveçrədə xizək sürür, ya da Bodrumda dincəlir. Biz həm 28 mayda, həm də 2024-cü ildə bələdiyyə seçkilərində CHP-yə lazımi cavabı verəcəyik”.
R.T.Ərdoğan zəlzələ bölgəsində yaşayan seçiciləri qınayanlara da cavab verib: “Zəlzələ zonasındakı insanları seçimlərinə görə qınayanların əksinə biz oradakı vətəndaşlarımızın yanındayıq. Ötən günlərdə zəlzələdən zərərşəkmiş daha 5 rayona səfər etdik. Bu insanları CHP-nin insafına buaxmayacağıq. İqtidara gəlmək üçün hər kəslə qapalı qapılar arxasında danışıqlar apardılar. Bunlar FETÖ-çülərin və terror təşkilatı liderlərinin azadlığa buraxılması barədə vədlər veriblər. Əminəm ki, mənim kürd qardaşlarım bazar günü xəyanətkarlara öz dərsini verəcəklər. Çünki CHP bir dəfə belə olsa nə yerli, nə də milli bir addım atmayıb”.