Türkiyədə qalmaq istəyən suriyalı qardaşlarımız üçün hər zaman başımız üstündə yer var.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.
Prezident bildirib ki, Türkiyə suriyalı qardaşları ilə birlikdə çiyin-çiyinə onların hüquqlarını bərpa edib.
Ərdoğan “Türkiyənin Suriyada nə işi var” deyənlərə də səslənib.
“İndi gördünüzmü Türkiyənin Suriyada nə işi var?”, – o vurğulayıb.
Türkiyə lideri dünyada heç bir ölkənin risk etmədiyi bir problemin həllinə çalışdıqlarını vurğulayıb: “Bu yolda heç bir halda geriyə addım atmadıq və nəticədə haqlı çıxdıq”.