
“Biz 33 milyon Özbəkistan, 81 milyon Türkiyə əhalisi əl-ələ verərək ticarət dövriyyəsini 5 milyard dollara çatdıracağıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Ali Məclisindəki çıxışı zamanı bildirib.
Türkiyə prezidenti Özbəkistandakı tarixi mədəni yerlərdən də danışaraq Buxara, Səmərqəndin tarixi-mədəni əhəmiyyətini vurğulayıb: “Yeni tarixi bir oyanışdır. Bu, bir tarixi dirilişdir”.