
“Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılmasıyla Naxçıvanın bu potensialını tam mənasıyla həyata keçirmək imkanına qovuşacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir ələqələrdir.