Türkiyə Suriyadakı Əsəd rejimi dönəmində adına yaraşacaq bir siyasət yürüdüb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində AK Partiyanın toplantısında çıxışı zamanı deyib.
Ərdoğan ağır zamanlarda Türkiyənin suriyalı qaçqınlara münasibətinə də toxunub: “Biz bu ağır dönəmlərdə nə etdik? Məzluma qucaq açdıq, süfrəmizdə hər zaman mühacirlər üçün yer olduğunu dedik”.
O, eyni zamanda Suriyanın azadlıq naminə 1 milyon vətəndaş qurban verdiyini də əlavə edib: