“Türkiyə nə müdafiə, nə də terrorla mübarizədə NATO müttəfiqlərindən gözlənilən dəstəyi almayıb”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hızır reis” sualtı qayığının yedəklənməsi və “Selman reis” sualtı qayığının ilk qaynaq mərasimində çıxışı zamanı bildirib.

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qaldıb”, – dövlət başçısı deyib.

İstinadlar Report