“Əgər Liviya hakimiyyəti rəsmi Ankaraya müraciət etsə, biz lazımi sayda qoşun göndərəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bilkent Universitetində İnsan haqları gününə həsr edilmiş konfransda Liviyaya türk qoşunlarının göndərilməsi imkanlarını şərh edərkən deyib.

Dövlət başçısı Suriyadan türk qoşunlarının çıxarılması haqqında suala da cavab verib.

“Bizdən nə vaxt Suriyanı tərk edəcəyimizi soruşurlar. Bu yalnız onda olacaq, nə vaxt ki, siz özünüz Suriya ərazisini tərk edəcəksiniz və biz Suriyanı terrorçulardan təmizləyəcəyik”, – Ərdoğan deyib.

İstinadlar Report