Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, ABŞ prezidenti Donald Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək.

Qeyd edilir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 18 illiyi ilə bağlı mərasimdə Donald Trampla telefon danışığının olacağı anonsunu verib.

Dövlət başçısı qeyd edib ki, o, Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyu “sülh zonası” yaratmaq niyyətindədir.

Qeyd edək ki, həmin ərazidə hökumət qüvvələrinin hücumu davam edir.

İstinadlar Report