ABŞ prezidenti Donald Tramp cari ilin iyul ayında Türkiyəyə səfər edə bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə müsahibəsində bildirib.

“Fikrimcə, ABŞ prezidenti Trampla “Böyük-20″liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər. Hazırda Trampın Türkiyəyə səfəri müzakirə olunur”, – deyə o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni “F-35” qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: “Biz “F-35″lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində “Böyük-20″liyin (“G-20”) sammiti keçiriləcək.

İstinadlar Report