Türkiyənin Suriya əməliyyatı fonunda ABŞ -Türkiyə gərginliyinə dair maraqlı məlumat yayılıb.

Azərbaycan 24 xəbər verir ki, ‘BBC’nin məlumatına görə oktyabrın 9-da Ərdoğan Trampın ‘Axmaqlıq etmə. Pis oğlan olma’ yazılmış məktubunu cıraraq zibil qutusuna tullayıb.

Hadisənin şahidləri bildirib ki, məktubda bunlar yazılmışdı:

’Gəl, bu məsələni ağılla həll edək. Sən minlərlə adamın qətlinə görə, mən isə Türkiyə iqtisadiyyatını darmadağın etməyin(hansı ki, edəcəm) məsuliyyətini daşımaq istəmərik. Sən bu məsələni insani şəkildə həll etsən tarix səni xeyirxah, əksini etsən zalım biri kimi xatırlayacaq’

Türkiyə prezident administrasiyasındakı mənbə bildirir ki, Ərdoğan məktuba baxan kimi, onu zibil qabına tulladı və elə həmin gün əməliyyatın başlanmasına əmr verdi.