“Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın “Twitter”dəki səhifəsində paylaşımını şərh edərkən deyib.

“Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək”, – deyə Türkiyə lideri yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana Suriyada hərbi əməliyyatın dayandırılması ilə bağlı təşəkkür edib. ‘’Milyonlarla həyat xilas edildi’ deyən ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün “Twitter”dəki səhifəsində bildirib.

İstinadlar Report