“Terrorçuların dinc sakinlərə qarşı hücumundan onlar qədər onlara dəstək verənlər də məsuliyyət daşıyırlar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət sahəsində əməkaşlığa dair Daimi Komitəsinin 38-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İŞİD bir layihədir: “Belə oyunlara artıq son qoyulmalıdır. Suriya və İraqrın suverenliyinə təhdid yaradan terrorçuların mövcudluğuna son qoymaqda israrlıyıq”.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə Müdafiə Nazirliyi tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.

Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.

İstinadlar Report