Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilməsinə münasibət bildirib.

Dövlət başçısı bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatı ilə əlaqədar qəhrəman təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Bütün hataylı qardaşlarımıza keçmiş olsun deyirəm. Rəbbim ölkəmizi hər cür hücumdan, fəlakətdən, xain əməllərdən qorusun.

İstinadlar Report