Argentinanın paytaxtı Buenos-Ayresdə iki gün davam edəcək G-20 Sammiti maraqlı anlarla yadda qalıb.

Sammitə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla salamlaşmayıb. Xatirə fotosu çəkilərkən şahzadənin Ərdoğana göstərdiyi üz mimikası isə fotoqrafların diqqətindən yayınmayıb.

Ərdoğanla Salmandan fərqli olaraq, Putin səudiyyəli şahzadə ilə olduqca səmimi şəkildə görüşüb. Ancaq zala daxil olan Trampı görməzlikdən gələn Putin onunla salamlaşmayıb.

İstinadlar qafqazinfo