
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident seçkilərində mümkün qələbəsindən sonra Nazirlər Kabinetini tez formalaşdırmaq lazım gələcək.
Bu barədə “Report” “CNN Türk”ə sitinadən məlumat verir.
“Biz tez bir zamanda Nazirlər Kabinetini formalaşdırmalıyıq. Biz oturub dostlarımızla birgə qiymətlər verəcəyik, xalqımızın rifahının yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün addımlar atacağıq”, – Türkiyə lideri bildirib.