Türkiyə Prezidenti Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə “Sputnik V” koronavirus peyvəndinin böyük həcmdə tədarükü və birgə istehsalını müzakirə edib.

Türkiyə Prezidenti bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Putinlə Rusiyanın “Sputnik V” peyvəndi haqqında danışıqlar apardıq, bu peyvənddən ciddi həcmdə tədarük edəcəyik. Sonra Türkiyədə birgə istehsalına başlayacağıq”,- deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin istifadəsinə ümumi əhalisi 3.2 milyard nəfərdən çox olan 64 ölkədə icazə verilib.

İstinadlar Qafqazinfo