Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” – VİDEO

“Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib.
Müdafiə Nazirliyi Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib – VİDEO

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.
Brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.
O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.
Həmid Həmidov: “Azərbaycanın atdığı addım mülki şəxslərə yox, qeyri-qanuni rejimə qarşı yönəlib” – VİDEO

“Ermənistanın bütün son əməlləri, təxribatları, qanunsuz qüvvələrin Azərbaycanın Qarabağ bölgəsində cəmləşməsi hazırda Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirlərini qaçılmaz edirdi”.
Bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalının efirində deyib.
Onun sözlərinə görə, bütün bunlar separatizmə və Azərbaycanın suveren ərazisindəki qeyri-qanuni rejimin fəaliyyətinə tamamilə son qoymağa imkan verəcək.
“Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti heç bir halda Xankəndidə və onun ətrafında yaşayan dinc əhaliyə qarşı yönəlməyib”, – H.Həmidov vurğulayıb.
Müdafiə Nazirliyi daha bir brifinq keçirir – Canlı – VİDEO

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirir.
Brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edir.
Nazirlik rəsmisi ordumuz tərəfindən düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verir.
Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib – VİDEO

Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib.
Müdafiə Nazirliyi mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusunun məhv edilməsi anının görüntülərini yayıb.
Görüntüləri təqdim edirik:
Ermənistanın hərbi təyinatlı radiotexniki qovşağı məhv edilib – VİDEO

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşağı məhv edib.
“Report” qovşağın zərərsizləşdirilməsinin görüntülərini təqdim edir.
Ermənilərin sursat anbarı məhv edildi – Video

Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri məhv edilib.
Bu Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Baku TV: “Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər” – VİDEO

Otuz ildən çoxdur Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovuna çevrilib.
Bu barədə “Baku TV”nin erməni dilində hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, müharibənin ağır travmalarına baxmayaraq, hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər. Bakının tam mərkəzində erməni kilsəsinin olduğu, ağır müharibələrə baxmayaraq, etnik ermənilərin Azərbaycanda yaşadıqları bildirilib. Xüsusi vurğulanıb ki, “bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var”.
Eyni zamanda Qarabağda həyatın, infrastrukturun bərpasından da bəhs edilib. Separatçıların müxtəlif bəhanələrlə Laçın və Ağdam yolunun Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanların günahkar olduğu vurğulanıb.
Müdafiə Nazirliyi video yaydı

Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.
Bu Müdafiə Nazirliyindən (MN) bildirilib.
Emil Rəhmanov dünyasını dəyişdi – VİDEO

Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
Bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.
E. Rəhmanov bu gün səhər saatlarında vəfat edib.
Allah rəhmət eləsin!
Xatırladaq ki, R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
Fidan onu şantaj edirmiş – İş adamı danışdı – VİDEO

“TikTok” sosial şəbəkəsində özünü Fidan kimi təqdim edən Çinarə Quliyevanın iş adamı İlham Qədimbəyliyə qarşı səsləndirdiyi iddialar əsassızdır.
Bu barədə İ. Qədimbəyli mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, qarşı tərəf şantaja əl ataraq ondan pul almaq niyyətindədir. Bu səbəbdən də Fidan müxtəlif yollarla iş insanının şərəf və ləyaqətinə toxunacaq addımlar atır.
İlham Qədimbəyli xanımla bağlı üç ay əvvəl polisə müraciət etdiyini də bildirib: “Xanım “TikTok”da canlı yayım açarkən ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm”, – deyə cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqir edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm”.
Xilasedicilər Astarada 38 nəfəri təxliyə etdi – Video

İntensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
FHN-dən verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə olunub.
Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.
Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirliyin əməkdaşları ərazidə xidmət aparır.
“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırdı – Video

“Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir.Xaçmaz rayonunda artıq 7 kənddə – Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb.
Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.
İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.
Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.
Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.
Ərdoğanla Mask arasında maraqlı dialoq – Video

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb. Mask görüşə oğlu X ilə gəlib.
Görüş zamanı Ərdoğanla Mask arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Ərdoğan milyarderə “Həyat yoldaşın haradadır?” deyə sual ünvanlayıb.
Mask isə cavabında “O hazırda San Fransiskodadır. Biz ayrılmışıq və buna görə də oğluma mən baxıram” deyib.
Dialoqun görüntüləri sosial mediada maraqla qarşılanıb.
Xatırladaq ki, 3 yaşlı X İlon Mask və kanadalı müğənni Qraymsın övladıdır. Cütlük 2018-ci ildə münasibətə başlayıb və 2 ildən sonra X dünyaya gəlib. Mask və Qrayms 2021-ci ildə ayrıldıqlarını elan ediblər.
Azərbaycanda bu ərazilərə qar yağdı – Video

Senytabrın 18-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Bu Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
Düşən yağıntının miqdarı: Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Rəsmi məlumata görə, sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.
Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.
Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Kürdəmirdə dərzi sexində yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16m2 olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50m2 olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15m2 sahədə və plastik qapısı yanıb.
Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.
Həmçinin baxın
Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” – VİDEO
Müdafiə Nazirliyi Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib – VİDEO
Həmid Həmidov: “Azərbaycanın atdığı addım mülki şəxslərə yox, qeyri-qanuni rejimə qarşı yönəlib” – VİDEO
Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib – VİDEO
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO
Baku TV: “Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər” – VİDEO
“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırdı – Video
Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib
“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO
Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video
Ordumuz “İldırım 8-ER” ilə ballistik raketin aşkarlanaraq məhv edilməsini məşq etdi – VİDEO
MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla