Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Dağlıq Qarabağda quracağı Birgə Nəzarət Mərkəzinin fəaliyyətə başlamasını gözlədiklərini deyib və Ermənistan tərəfinin müqavilə ilə bağlı öhdəliklərindən yayınmasına icazə verilməməsinin lazım olduğunu bildirib.

Prezident Ərdoğan Minsk Qrupunun digər həmsədrlərinin sülh cəhdlərini tənqid etməsini başa düşməyin mümkün olmadığını da dilə gətirib.