Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.

“O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi”, – Türkiyə Prezidenti vurğulayıb.

İstinadlar Report