“Terrora qarşı mübarizə strategiyamız bundan sonra fərqli olacaq”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının açılışında deyib.
Ərdoğanın bu fikirlərini əsas götürən Türkiyə mətbuatı isə bundan sonra PKK-ya qarşı yeni mübarizə metodunun başladılacağına işarə edib.
Terrorizmə qarşı 5 maddəlik strategiya belə qruplaşdırılıb:
1. Cəmiyyət içinə sızmış terrorçularla mübarizə;
2.Xalqın içində gizlənmiş, şəbəkəyə logistik və kəşfiyyat məlumatları ötürən kripto ünsürlərlə mübarizə;
3.Bələdiyyə və dövlət idarələrində çalışan gizli terrorçularla mübarizə;
4.Terrora iqtisadi dəstək verənlərin araşdırılması;
5.Terror qruplaşmalarına qarşı ölkə xaricində mübarizə.