
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçməsinə dəvət edib.
Bu barədə Orbanın mətbuat katibi Bertalan Xavaşi MTI agentliyinə bildirib.
“Viktor Orban dövlət başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib. O qeyd edib ki, türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir, çünki qitə təhlükəsizlik sahəsində bir çox çağırışlarla üz-üzədir və bu baxımdan güclü və etibarlı Türkiyəyə ehtiyac var”, – mətbuat katibi vurğulayıb.