Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbçilərlə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter hesabında məlumat verilib.

“Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycan missiyası qrupunda yer alan hərbçiləri qəbul edib”, – paylaşımda bildirilib.