
“Gizli və açıq məhdudiyyətlərə baxmayaraq, biz müdafiə sənayesində qlobal oyunçuya çevrildik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Türkiyənin bu ilin ilk yarısında müdafiə sənayesi məhsullarının ixracı 2 milyard 400 milyon dollara çatıb.