Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri çərçivəsində “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskla görüşüb. 

Görüşdən sonra Ərdoğan Maska və  oğluna hədiyyələr verib.

Türkiyə Prezidenti Maska “Daha ədalətli dünya mümkündür” və “BMT islahatı: beynəlxalq əməkdaşlığa yeni yanaşma” kitablarını, oğluna isə futbol topu hədiyyə edib.

İstinadlar Qafqazinfo