Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı bu ölkədə elan olunmuş atəşkəsin pozulmasında ittiham edib.

Bu barədə dövlət başçısı NTV telekanalının efirində bildirib.

“Haftar Moskva (danışıqların gedişatında atəşkəs rejiminin yaradılması), Berlin (razılaşması) prosesinə tərəfdar deyildi. Haftar qiyamçıdır. Mən Merkelə (AFR kansleri) deyirdim ki, (onu) yola verirlər. Onun tərəfində Vaqnerin döyüşçüləri var. Ona göstərilən dəstəyin köməyi ilə hər cür hücumları etməyə davam edir. Bu işdə müvəffəqiyyətə nail olmaq mümkün deyil”, – deyə Türkiyə prezidenti telekanalın efirində bildirib.

İstinadlar Report