Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni (Giorgia Meloni) arasında görüş başlayıb.
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün Romaya gedən prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri C.Meloni tərəfindən Villa Pamphili İqamətgahında rəsmi mərasimlə qarşılanıb.