Ankaraya verdikləri vədləri yerinə yetirməyənə qədər Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər prinsipial mövqeyimizi dəyişməyəcəyik. Biz İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik. Və bundan sonra təbii ki, parlamentimiz yekun qərarı verəcək”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın PKK ilə bağlı mövqelərini dəyişməsində israrlıdır. Ankara İsveç və Finlandiyadan bir sıra kürd fiqurlarının ekstradisiyasında da israrlıdır.

İstinadlar Report