“İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir. Stokholm küçələrində hələ də terrorçuların gəzdiyini görürük”.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasına qatılmaq üçün Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ telekanalına açıqlamasında deyib.
Ərdoğan İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qiymətləndiriləcəyini və qərarın məhz burada veriləcəyini bildirərək əlavə edib ki, bu, TBMM-in gündəminin bir hissəsidir: “Parlament vəziyyəti öz təqvimi çərçivəsində qiymətləndirəcək. Bu təklif deputatların səsverməsinə təqdim olunacaq. Bunun baş verməsi üçün İsveç verdiyi vədlərə əməl etməlidir. Terror təşkilatları Stokholm küçələrində nümayişlərini və fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Bunun reallaşdığını görmək türk xalqı üçün çox əhəmiyyətli olacaq. Görünür, İsveç qanunvericiliyə dəyişikliklər edib, lakin bu, kifayət deyil”.