İslam dünyası ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla köçürmək planının həyata keçməsinə imkan verməyəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İslam dünyası heç vaxt Trampın planını təsdiqləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq. Trampın Netanyahu ilə razılaşmasını dünyada sülh üçün böyük təhlükə hesab edirəm. Qəzza fələstinlilərə məxsusdur, heç kimin Qəzzanı onlardan almağa ixtiyarı yoxdur. Mən bu plana ən qısa zamanda yenidən baxılmasını gözləyirəm”, – o deyib.

İstinadlar Report