“Türkiyə İraqdan Əfqanıstana, Qafqazdan Balkanlara, Qara dənizdən Aralıq dənizinə Afrikaya qədər bütün münaqişələrdə sabitliyin yaranmasına liderlik edir, fayda verir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun zirvə toplantısına video-ismarışında bildirib.

“Türkiyə NATO başda olmaqla bütün beynəlxalq platformlarda terrora qarşı mübarizədə ilk sıralarda yer alır. PKK/PYD-də İŞİD və FETÖ-ya qədər bir çox terror qruplaşmaları ilə sərhədlərimiz daxilində və xaricində çox ağır bir mübarizə aparırıq. İŞİD-ə qarşı üz-üzə mübarizə aparan və bu yolda gənc övladlarını şəhid verən NATO-nun yeganə müttəfiqiyik”, -Türkiyə prezidenti vuruğulayıb.

O, 4 minə yaxın İŞİD silahlısını zərərsizləşdirdikləri qeyd edib:

“Türkiyə sərhədlərinin eyni zamanda NATO sərhədləri olduğu da unudulmamalıdır. Bu baxımdan sadəcə öz milli maraqlarımız üçün deyil, alyans coğrafiyasının təhlükəsizlik və sabitliyinin təmini üçün də əhəmiyyətli bir məsuliyyət daşıdığımızı da bilirik”.

İstinadlar Report