Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili “Togg” hədiyyə edib.

R.T.Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

P.Subiantoya “Togg”un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan “İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz”,- deyib.

İstinadlar Report