
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində iştirakdan imtina edib.
Bu barədə “Politico” nəşri sammitin hazırlıqlarında iştirak edən məmurlara istinadən məlumat yayıb. Qərb mediası iddia edir ki, Ərdoğan sammitin Rusiyaya qarşı birlik nümayiş etdirməsinə görə ora qatılmamaq qərarına gəlib.
Qeyd edək ki, bir müddət öncə Ərdoğanın 1 iyunda Moldovada AB və 20-yə yaxın ölkə liderinin qatılacağı Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyi bildirilmişdi. Bu, seçkidən sonra onun xaricə ilk səfəri olacaqdı. Andiçmədən sonra isə Ərdoğanın ilk olaraq Azərbaycana gəlməsi gözlənilir.