Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan və Pakistana çağırış edib.
O, bu barədə hökumətin iclasından sonrakı çıxışında deyib.
Ərdoğan bildirib ki, Türkiyə tərəflər arasındakı gərginliyin aradan qalxmasını arzu edir.
Dövlət başçısı, həmçinin söyləyib ki, rəsmi Ankara nə öz bölgəsində, nə də digər ərazilərdə yeni toqquşmalarda maraqlıdır.