“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Başqa yol yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfərdən əvvəl Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransında bildirib.

O xatırladıb ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür: “Biz Alyansda təsadüfi ölkə deyilik”.

Daha əvvəl bildirilmişdi ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması üçün şərtlər irəli sürüb.

İstinadlar Report