
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub.
Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu tvitterdə paylaşıb.
O, səmimi qonaqpərvərliyə görə İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, prezidentlərin görüşündə iki ölkənin iştirakçısı olduğu qlobal layihələrin perspektivi, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmələndirilməsi, siyasi və strateji tərəfdaşlıq müzakirə edilib.