“İndiyədək 600 minə yaxın suriyalı qaçqın ölkəsinə geri qaytarılıb, bu siyahıya daha bir milyon insan əlavə ediləcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ telekanalına açıqlamasında deyib.

Bildirilib ki, bu proses Suriyada hazırda tikilməkdə olan daimi yaşayış evlərinin başa çatdırılması ilə icra olunacaq.

Türkiyə Prezidenti ölkəsinin dünyada ən çox qaçqına evsahibliyi etməsinə də diqqət çəkib: “Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olaraq suriyalı qaçqınların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri qayıtmalarını təşviq etmişik. Orada tikilməkdə olan daimi yaşayış yerlərinin başa çatdırılması ilə geri qaytarılan qaçqınların sayına daha 1 milyon insan əlavə olunacaq. Lakin biz görürük ki, ölkələrin bu sahələrdə fərdi səyləri yetərli deyil və beynəlxalq həmrəyliyin artırılmasına ehtiyac var”.

İstinadlar Report