
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.
Toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.
Bundan başqa, iclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.